33-2.1. Dövlət qulluqçusunun məvacibinə daxildir:
33-2.1.1. aylıq vəzifə maaşı;
33-2.1.2. ixtisas dərəcəsinə görə əlavə haqq;
33-2.1.3. qulluq üçün zəruri olan hallarda aylıq iş vaxtı norması 5 saatdan çox artırılanda işlədiyi hər saata görə ödənilən əlavə haqq;
33-2.1.4. əmək qanunvericiliyinə əsasən əmək şəraiti ilə əlaqədar dövlət qulluqçularına şamil edilən əlavələr (qulluq şəraitinin ağır və zərərliliyinə, iqlim şəraitinə və s.).
33-2.2. Dövlət qulluqçusunun aylıq vəzifə maaşı mütənasiblik amili nəzərə alınmaqla əməyinin ödəniş səviyyəsinə və pilləsinə uyğun olaraq müəyyən edilir.
33-2.3. Dövlət qulluqçularına dövlət büdcəsindən ödənilən dövlət məvacibi yalnız bu Qanunla müəyyən edilir.
33-2.4. Bu Qanunun 33-2.1.4-cü maddəsində nəzərdə tutulan əlavələr müvafiq qaydada hesablanan məbləğin 50 faizi məbləğində tətbiq edilir.
Qeyd: Dövlət qulluğunun inzibati vəzifəsinə qəbul həyata keçirilənədək bu vəzifədə müvəqqəti işləyən, dövlət qulluqçusu olmayan işçinin aylıq vəzifə maaşı minimum əməkhaqqından aşağı olmamaqla həmin vəzifənin 1-ci ödəniş pilləsi üzrə vəzifə maaşının 50 faizi məbləğində müəyyən edilir.