Qanunvericilik › Dövlət qulluğu haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 33-3

Maddə 33-3. Əməyin ödəniş səviyyələri və pillələri

Dövlət qulluğu haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

33-3.1. Dövlət qulluqçularının baza aylıq vəzifə maaşları (birinci ödəniş pilləsi) şaquli istiqamətdə dövlət orqanlarının kateqoriyasından, vəzifələrin təsnifatından, səlahiyyət həcmindən və iyerarxiyasından asılı olaraq inzibati vəzifələrin 35 və yardımçı vəzifələrin 17 ödəniş səviyyələri üzrə müəyyən edilir.

33-3.2. Dövlət qulluğunun inzibati və yardımçı vəzifələri üzrə aylıq vəzifə maaşının minimum məbləğindən başlayaraq ödəniş səviyyələri üzrə baza aylıq vəzifə maaşları hər növbəti səviyyə üzrə əvvəlki baza aylıq vəzifə maaşına artım faizləri tətbiq edilməklə hesablanır.

33-3.3. Dövlət qulluğunun inzibati vəzifələri üçün müəyyən edilən minimum vəzifə maaşı yardımçı vəzifələrin ən yüksək səviyyə üzrə baza aylıq vəzifə maaşından az ola bilməz.

33-3.4. Dövlət qulluğu stajından və xidməti fəaliyyətinin qiymətləndirilməsi nəticəsindən və ya bu Qanunla müəyyən edilən hallarda yalnız dövlət qulluğu stajından asılı olaraq dövlət qulluqçusunun aylıq vəzifə maaşı üfüqi istiqamətdə 1-7-ci pillələr üzrə hər növbəti pillə üzrə baza aylıq vəzifə maaşına artım faizi tətbiq edilməklə müəyyən edilir.

33-3.5. Dövlət qulluğunun inzibati və yardımçı vəzifələri üzrə aylıq vəzifə maaşının minimum məbləğləri, əməyin ödəniş səviyyələri üzrə vəzifələr, səviyyə və pillələr üzrə artım faizləri və aylıq vəzifə maaşlarının məbləğləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver