Qanunvericilik › Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 21

Maddə 21. Qiymətli kağızların qeydiyyata alınması (özəlləşdirmə qaydasında qeydiyyata alınması halları istisna olmaqla) və dövlət reyestrinə daxil edilməsi üçün dövlət rüsumunun dərəcələri

Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

21.1. Qiymətli kağızların emissiya prospektinin təsdiq edilməsi üçün:

21.1.1. emissiya məbləği 99000 manatadək olduqda;

21.1.2. emissiya məbləği 99000 manatdan 198000 manatadək olduqda;

21.1.3. emissiya məbləği 198000 manatdan çox olduqda.

21.3. Veksellərin dövlət reyestrinə daxil edilməsi üçün.

21.5. İpoteka kağızının dövlət qeydiyyatı üçün

21.6. İpoteka kağızının əlavə dövlət qeydiyyatı üçün

* (Azərbaycan Respublikasının 2026-cı il 14 iyul tarixli 451-VIIQD nömrəli Qanunu ilə əlavə edilmiş 21-1-ci maddə 2027-ci il yanvarın 24-dən qüvvəyə minir.)

Madda 22. Lisenziyalaşdırılan sahibkarlıq fəaliyyəti növlərinə lisenziya verilməsinə görə dövlət rüsumunun dərəcələri

22.0. Lisenziyalaşdırılan sahibkarlıq fəaliyyəti növlərinə lisenziyaların verilməsinə görə:

22.0.1. Toksiki istehsalat tullantılarının:

22.0.1.1. utilizasiyası

22.0.1.2. zərərsizləşdirilməsi

22.0.2. Özəl tibb fəaliyyəti

22.0.3. Əczaçılıq fəaliyyəti:

22.0.3.1. dərman vasitələrinin istehsalı

22.0.3.2. dərman vasitələrinin topdansatışı

22.0.3.3. dərman vasitələrinin pərakəndə satışı

22.0.4. Prekursorların:

22.0.4.1. istehsalı

22.0.4.2. idxalı

22.0.4.3. ixracı

22.0.4.4. tranzit nəql edilməsi

22.0.5. Təhsil fəaliyyəti:

22.0.5.1. dövlət məktəbəqədər təhsil müəssisələri istisna olmaqla, məktəbəqədər təhsil müəssisələri

22.0.5.2. dövlət ümumi təhsil müəssisələri istisna olmaqla, ümumi təhsil müəssisələri (liseylər və gimnaziyalar daxil olmaqla)

22.0.5.3. dövlət peşə təhsili müəssisələri istisna olmaqla, peşə təhsili müəssisələri

22.0.5.4. dövlət orta ixtisas təhsili müəssisələri istisna olmaqla, orta ixtisas təhsili müəssisələri

22.0.5.5. dövlət ali təhsil müəssisələri istisna olmaqla, ali təhsil müəssisələri

22.0.5.6. dövlət əlavə təhsil müəssisələri istisna olmaqla, əlavə təhsil müəssisələri

22.0.5.7. dini orta ixtisas təhsili müəssisələri

22.0.5.8. ali dini təhsil müəssisələri

22.0.6. Telekommunikasiya və poçt rabitəsi xidmətləri:

22.0.6.1. telefon (məftilli)

22.0.6.2. radiotrank və simsiz telefon

22.0.6.3. sellülar (mobil) telekommunikasiya xidmətləri (texnoloji standartın adı göstərilməklə)

22.0.6.4. İP-telefoniya (internet telefoniya)

22.0.6.5. ölkədaxili telekommunikasiya kanallarının təşkili

22.0.6.6. beynəlxalq telekommunikasiya kanallarının təşkili

22.0.6.7. məlumatların ötürülməsi (data)

22.0.6.8. sürətli poçt xidməti

22.0.7. Radioaktiv və ionlaşdırıcı şüalar verən maddələrin tullantılarının saxlanması

22.0.8. Təhlükəli yüklərin nəqliyyat vasitəsilə daşınması

22.0.9. Yanacaqdoldurma və qaz təchizatı obyektlərinin:

22.0.9.1. quraşdırılması

22.0.9.2. istismarı

22.0.10. Dağ-mədən işləri, dağ və buruq qazmalarının aparılması

22.0.11. Liftlərin quraşdırılması və təmiri fəaliyyəti

22.0.12. Attraksionların istismarı

22.0.13. Qaldırıcı qurğuların, metallurgiya avadanlığının, təzyiq altında işləyən qazanların, tutumların quraşdırılması və təmiri

22.0.14. Təhlükə potensiallı obyektlərdə istismar olunan avadanlığın və texniki qurğuların diaqnostikası və digər texniki yoxlamaların keçirilməsi

22.0.15. Yanğından mühafizə fəaliyyəti:

22.0.15.1. müəssisələrin və yaşayış məntəqələrinin müqavilə əsasında yanğınlardan qorunması

22.0.15.2. yanğınsöndürmə texnikası məhsulunun istehsalı və satışı, sınaqlarının keçirilməsi

22.0.15.3. yanğından mühafizə sistemlərinin və vasitələrinin quraşdırılması, texniki xidməti və təmiri

22.0.15.4. yanğınsöndürmə ləvazimatının, ilkin yanğınsöndürmə vasitələrinin təmiri və onlara xidmət, yanğınsöndürmə vasitələrinin keyfiyyətinin bərpası

22.0.16. Tikintisinə icazə tələb olunan bina və qurğuların mühəndis-axtarış işləri

22.0.17. Tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işləri

22.0.18. Tikintisinə icazə tələb olunan və barəsində məlumatlandırma icraatı tətbiq olunan bina və qurğuların layihələndirilməsi

22.0.19. Özəl baytarlıq xidməti fəaliyyəti

22.0.20. Baytarlıq preparatlarının:

22.0.20.1. istehsalı

22.0.20.2. satışı

22.0.21. Bitki mühafizə vasitələrinin və aqrokimyəvi maddələrin:

22.0.21.1. istehsalı

22.0.21.2. idxalı

22.0.22. Fərdi ovçuluq təsərrüfatlarının təşkili

22.0.23. İstehsal üçün yabanı dərman bitkiləri xammalının tədarükü

22.0.24. Müxtəlif növ möhürlərin və ştampların hazırlanması

22.0.25. Fond birjası fəaliyyəti

22.0.26. İnvestisiya şirkəti fəaliyyəti

22.0.27. Klirinq təşkilatı fəaliyyəti

22.0.28. İnvestisiya fondunun depozitarı fəaliyyəti

22.0.29. Səhmdar investisiya fondu fəaliyyəti

22.0.30. İnvestisiya fondlarının idarə edilməsi fəaliyyəti

22.0.31. Kredit təşkilatlarının fəaliyyəti:

22.0.31.1. bank, xarici bankın yerli filialı

22.0.31.2. bank olmayan kredit təşkilatı

22.0.31.3. poçt rabitəsinin milli operatoru

22.0.32. Sığorta sahəsində fəaliyyət:

22.0.32.1. sığorta fəaliyyəti

22.0.32.2. təkrarsığorta fəaliyyəti

22.0.33. Sığorta brokeri fəaliyyəti:

22.0.33.1. hüquqi şəxs olan sığorta brokerləri

22.0.33.2. fiziki şəxs olan sığorta brokerləri

22.0.34. Sığorta agenti fəaliyyəti:

22.0.34.1. hüquqi şəxs olan sığorta agentləri

22.0.34.2. fiziki şəxs olan sığorta agentləri

22.0.34-1. Valyuta mübadiləsi fəaliyyətinin həyata keçirilməsi

22.0.34-2. Ödəniş xidmətləri və ödəniş sistemləri sahəsində fəaliyyət:

22.0.34-2.1. ödəniş təşkilatı fəaliyyəti

22.0.34-2.2. elektron pul təşkilatı fəaliyyəti

22.0.34-2.3. ödəniş sistemi operatoru fəaliyyəti

22.0.35. Özəl mühafizə fəaliyyəti

22.0.36. İnformasiya mühafizə vasitələrinin layihələndirilməsi və istehsalı sahəsində fəaliyyət

22.0.37. Biometrik texnologiyaların yaradılması və həmin texnologiyalara xidmət göstərilməsi

22.0.38. Fərdi məlumatların informasiya ehtiyatlarının formalaşdırılması və informasiya sistemlərinin yaradılması, onlara xidmət göstərilməsi

22.0.39. Audiovizual media fəaliyyəti:

22.0.39.1. ümumölkə yerüstü televiziya yayımçısı

22.0.39.2. ümumölkə yerüstü radio yayımçısı

22.0.39.3. regional yerüstü televiziya yayımçısı

22.0.39.4. regional yerüstü radio yayımçısı

22.0.39.5. peyk yayımı həyata keçirən platforma yayımçısı

22.0.39.6. peyk yayımı həyata keçirməyən platforma yayımçısı

22.0.39.7. sifarişli yayım xidməti provayderi

22.0.39.8. sadə platforma operatoru

22.0.39.9. universal platforma operatoru

22.0.39.10. multipleks operatoru

22.0.40. Döyüş təyinatlı hərbi texnikanın və hərbi silahın:

22.0.40.1. layihələndirilməsi

22.0.40.2. istehsalı və sınaqdan keçirilməsi

22.0.40.3. quraşdırılması, montajı, təmiri və texniki xidmət göstərilməsi

22.0.40.4. saxlanılması

22.0.40.5. utilizasiyası

22.0.41. Döyüş sursatının:

22.0.41.1. layihələndirilməsi

22.0.41.2. istehsalı və sınaqdan keçirilməsi

22.0.41.3. təmiri və texniki xidmət göstərilməsi

22.0.41.4. saxlanılması

22.0.41.5. utilizasiyası

22.0.42. Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrində kazino oyunlarının təşkili

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver