Qanunvericilik › Dövlət sirri haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 10

Maddə 10. Məlumatların və onların daşıyıcılarının məxfiləşdirilməsi qaydası

Dövlət sirri haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

10.1. Dövlət hakimiyyəti orqanlarının, müəssisə, idarə və təşkilatların idarəetmə, istehsal, elmi və başqa fəaliyyəti nəticəsində əldə edilmiş (hazırlanmış) məlumatların və onların daşıyıcılarının məxfiləşdirilməsi üçün əsas onların həmin orqan, müəssisə, idarə və ya təşkilatda qüvvədə olan məxfiləşdirilməli məlumatlar siyahısına və ya dövlət sirrinə aid edilən məlumatların siyahısına uyğun gəlməsidir. Bu məlumatlar məxfiləşdirilərkən onların daşıyıcılarına müvafiq məxfilik qrifi verilir.

10.2. Əldə edilmiş (hazırlanmış) məlumatların qüvvədə olan siyahıdakı məlumatlarla eyniləşdirilməsi mümkün olmadıqda dövlət hakimiyyəti orqanlarının, müəssisə, idarə və təşkilatların vəzifəli şəxsləri əldə edilmiş (hazırlanmış) məlumatların ehtimal olunan məxfilik dərəcəsinə müvafiq surətdə ilkin qaydada məxfiləşdirilməsini təmin etməli və siyahını təsdiq etmiş dövlət hakimiyyəti orqanına həmin siyahıya əlavə (dəyişiklik) etmək haqqında bir ay ərzində təklif göndərməlidir.

10.3. Qüvvədə olan siyahını təsdiq etmiş dövlət hakimiyyəti orqanı daxil olmuş təkliflərin üç ay ərzində ekspertizasını təşkil etməli və qüvvədə olan siyahıya əlavə (dəyişiklik) edilməsi və ya məlumatlara ilkin qaydada verilmiş məxfiliyin götürülməsi barədə qərar qəbul etməlidir.

10.4. Məlumatın daşıyıcısına məxfilik qrifinin verilməsi ilə əlaqədar bu Qanunun 10.1-ci və 10.2-ci maddələrində nəzərdə tutulmuş tələblərə riayət edilməsinə görə onu hazırlamış struktur bölmənin rəhbəri məsuldur.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver