18.1. Ədliyyə orqanları işçisinin ədliyyə orqanlarında qulluqda olmasının yaş həddi 60 yaşdır.
18.2. Ədliyyə orqanlarında qulluq keçən qadınlar öz arzuları ilə bu Qanunun 18.1-ci maddəsində nəzərdə tutulan yaş həddindən 5 il az olmaqla xidmət edə bilərlər.
18.3. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən vəzifələrə təyin olunan şəxslər üçün yaş həddi müəyyən edilmir. Yaş həddinə çatmış ədliyyə orqanlarının digər işçilərinin qulluqda olma müddəti müvafiq icra hakimiyyəti orqanının rəhbəri tərəfindən uzadıla bilər. Ədliyyə orqanlarında qulluqda olma müddəti hər dəfə bir ildən çox olmayaraq uzadıla bilər. 65 yaşına çatmış işçilərin ədliyyə orqanlarında qulluqda olma müddətinin uzadılmasına yol verilmir.
18.4. Penitensiar xidmətdə qulluqda olmanın yaş həddi bu Qanunun 38-ci maddəsi ilə müəyyən edilir.