7.1. Ədliyyə orqanları işçisinin şəxsi işində onun ədliyyə orqanlarında qulluq keçməsi haqqında məlumatlar, şəxsi və iş keyfiyyətlərini əks etdirən sənədlər saxlanılır.
7.2. Ədliyyə orqanları işçisinin şəxsi işi ədliyyə orqanlarının kadr xidməti tərəfindən aparılır. Şəxsi işin aparılması və saxlanılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.