10.1. Ekoloji təhsil üzrə dövlət təhsil standartları müvafiq icra hakimiyyəti orqanı tərəfindən əlaqədar dövlət orqanlarının iştirakı ilə hazırlanır və təsdiq edilir.
10.2. Ekoloji təhsil sahəsində təhsil müəssisələrinin tipləri, təhsilalma formaları və mərhələləri üçün nəzərdə tutulan icbari ekoloji təhsil proqramlarının məzmunu müvafiq dövlət təhsil standartlarına uyğun müəyyənləşdirilir.
10.3. Ekoloji təhsil üzrə dövlətin təhsil standartları ekoloji təhsilin keyfiyyətinin yüksəldilməsi, bu sahədə mütəxəssislərin bilik səviyyəsinin müəyyənləşdirilməsi məqsədi ilə aparılan attestasiya sənədlərində əsas götürülür.