Qanunvericilik › Əhalinin ekoloji təhsili və maarifləndirilməsi haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 11

Maddə 11. Ekoloji təhsil və maarifləndirmə sahəsində iqtisadi tənzimlənmə

Əhalinin ekoloji təhsili və maarifləndirilməsi haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

11.1. Ekoloji təhsil və maarifləndirmə ilə bağlı fəaliyyətin maliyyə mənbələri aşağıdakılardır:

11.1.1. dövlət və yerli büdcələrdən ayırmalar;

11.1.2. dövlət ekoloji fondların vəsaitləri;

11.1.3. qrantlar, ianələr və qanuna zidd olmayan digər daxilolmalar.

11.2. Maliyyə vəsaitləri aşağıdakı məqsədlər üçün istifadə olunur:

11.2.1. ətraf mühitin mühafizəsi, təbii ehtiyatlardan səmərəli istifadə ilə bağlı dövlət, regional və digər proqramlar üzrə ekoloji təhsilin və maarifləndirmənin maliyyələşdirilməsinə;

11.2.2. ekoloji təhsil və maarifləndirmə sahəsində dövlət siyasətini yerinə yetirən hüquqi və fiziki şəxslər üçün maddi və mənəvi stimullaşdırma sisteminin təşkilinə.

IV fəsil

Əhalİnİn ekolojİ təhsİlİ və maarİfləndİrİlməsİ sahəsİndə qanunverİcİlİyİn tələblərİnİn yerİnə yetİrİlməsİnə nəzarət

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver