12.1. Bu Qanunun yerinə yetirilməsinə dövlət nəzarətini müvafiq icra hakimiyyəti orqanları həyata keçirirlər.
12.2. Müvafiq icra hakimiyyəti orqanları hər il əhalinin ekoloji təhsili və maarifləndirilməsinə dair hesabat hazırlayır və onu dərc edir.
12.3. Qeyri-hökumət təşkilatları bu Qanunun icrası ilə bağlı ictimai nəzarətin həyata keçirilməsində iştirak edə, həmçinin sahələrarası komissiyaya və məsləhət şuralarına bu sahəyə aid təkliflər verə bilərlər.