6.0. Yerli özünüidarəetmə orqanlarının bu Qanuna uyğun olaraq öz səlahiyyətləri daxilində ekoloji təhsil və maarifləndirmə sahəsində aşağıdakı hüquqları və vəzifələri vardır:
6.0.1. ərazi hüdudları daxilində ekoloji təhsilin idarə edilməsi üzrə strukturların yaradılmasında iştirak etmək;
6.0.2. qanunvericiliyə uyğun olaraq ekoloji təhsili və maarifləndirməni təşkil etmək, bu sahədə tədris fəaliyyətini həyata keçirən hüquqi şəxslər yaratmaq, dövlət və bələdiyyə təhsil müəssisələrindən, məlumat-tədris bazasından istifadə etmək;
6.0.3. əhalinin ekoloji təhsili və maarifləndirilməsi üzrə dövlət və regional proqramların işlənməsi və təkmilləşdirilməsi baxımından təkliflər irəli sürmək, qanunvericilikdə nəzərdə tutulan qaydada bu proqramların həyata keçirilməsində iştirak etmək, ekoloji təhsilin inkişafına kömək etmək.