7.1. Əhalinin ekoloji təhsili və maarifləndirilməsi sahəsində fiziki şəxslərin, qeyri-hökumət təşkilatlarının və digər hüquqi şəxslərin hüquqları və vəzifələri:
7.1.1. dövlət siyasətinə dair təklif və layihələrin, dövlət proqramlarının hazırlanmasında, ekoloji təhsilin keyfiyyəti üzrə aparılan monitorinqdə, sahə üzrə beynəlxalq əməkdaşlıq proqramlarının işlənməsində və həyata keçirilməsində iştirak etmək;
7.1.2. təhsil prosesini təmin etmək məqsədilə tələb olunan ekoloji məlumatlara dair sorğu göndərmək və onu əldə etmək;
7.1.3. məlumat-tədris və ekoloji təhsil bazasını yaratmaq və ondan istifadə etmək;
7.1.4. ekoloji biliklərə yiyələnmək;
7.1.5. ekoloji təhsili qanunvericiliyə müvafiq olaraq dövlət təhsil standartlarına uyğun həyata keçirmək;
7.1.6. hər kəsi təbiətə qayğı və məsuliyyətli münasibət bəsləmək ruhunda tərbiyə etmək.
7.2. Ekoloji təhsil ilə məşğul olan hüquqi və fiziki şəxslər bu sahə üzrə müvafiq sənədə malik olmalıdırlar.