İonlaşdırıcı şüa mənbələrinin istifadəsi ilə əlaqədar fəaliyyət göstərən müəssisələr və təşkilatlar radiasiya təhlükəsizliyinin təmin edilməsi üçün müntəzəm istehsalat nəzarəti keçirirlər.
İstehsalat nəzarətinin həyata keçirilməsi qaydası hər bir müəssisə və ya təşkilat üçün onun işinin xüsusiyyət və şəraiti nəzərə alınmaqla təyin edilir və radiasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılır.
Radiasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində pozuntular aşkar edildikdə istehsalat nəzarətini həyata keçirən səlahiyyətli şəxslər şüa mənbələri ilə aparılan işləri dayandırmalı və radiasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində müvafiq icra hakimiyyəti orqanına məlumat verməlidirlər.