Radiasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində dövlət idarəetməsini və nəzarətini müvafiq icra hakimiyyəti orqanları həyata keçirirlər.
Radiasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində dövlət idarəetməsini və nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanlarının fəaliyyəti qanunvericiliklə tənzimlənir.
Fövqəladə vəziyyətin qüvvədə olduğu müddət ərzində onun tətbiq edildiyi ərazidə radioaktiv məhsulları istehsal və istifadə edən təşkilat və müəssisələrin fəaliyyəti “Fövqəladə vəziyyət və sosial xarakterli fövqəladə mühit haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada tam və ya qismən dayandırılır.