Qanunvericilik › Əhalinin radiasiya təhlükəsizliyi haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 8

Maddə 8. Radiasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində dövlət proqramları

Əhalinin radiasiya təhlükəsizliyi haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Radiasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində tədbirləri həyata keçirmək üçün dövlət proqramları, o cümlədən ərazi (regional) proqramlar hazırlanır.

Radiasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində dövlət proqramların yerinə yetirilməsi tədbirlərinin maliyyələşdirilməsi dövlət büdcəsinin vəsaiti və qanunvericiliklə nəzərdə tutulmuş digər mənbələr hesabına həyata keçirilir.

Radiasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində dövlət proqramlarının layihələrinə dair “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikası Qanununda tutulmuş qaydada strateji ekoloji qiymətləndirilmə (SEQ) sənədi hazırlanır və həmin sənədin dövlət ekoloji ekspertizası həyata keçirilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver