2.1. Ekoloji təmiz kənd təsərrüfatı haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” və “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının qanunlarından, bu Qanundan və onlara uyğun qəbul edilmiş digər normativ hüquqi aktlardan ibarətdir.
2.2. Meşə bitkilərinin və vəhşi heyvanların istifadəsi, kənd təsərrüfatı məhsullarının kimyəvi-sintetik (süni) maddələrin tətbiqi ilə istehsalı, daşınması, saxlanması və istifadəsi ilə əlaqədar münasibətlər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə tənzimlənir.