Qanunvericilik › Ekoloji təmiz kənd təsərrüfatı haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 3

Maddə 3. Ekoloji təmiz kənd təsərrüfatı haqqında qanunvericiliyin məqsədi

Ekoloji təmiz kənd təsərrüfatı haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

3.0. Ekoloji təmiz kənd təsərrüfatı haqqında qanunvericiliyin məqsədi aşağıdakı ekoloji, sosial və iqtisadi məsələlərin həllinə nail olmaqdır:

3.0.1. ekoloji təmiz kənd təsərrüfatının tətbiqi əsasında keyfiyyətli kənd təsərrüfatı və qida məhsullarının istehsalına və onların insan sağlamlığı üçün təhlükəsizliyinə;

3.0.2. torpağın münbitliyinin və strukturunun bərpasına, qorunmasına, saxlanmasına və artırılmasına;

3.0.3. ətraf mühitin mühafizəsinə və sağlamlaşdırılmasına;

3.0.4. təbii ehtiyatlardan səmərəli istifadə olunmasına;

3.0.5. bazarda ekoloji təmiz kənd təsərrüfatı və qida məhsullarına olan tələbatın ödənilməsinə və bu sahədə rəqabətin formalaşdırılmasına;

3.0.6. istehlakçıların hüquqlarının müdafiəsinə;

3.0.7. kənd yerlərinin davamlı iqtisadi inkişafı üçün alternativ fəaliyyət növlərinin təklif edilməsinə.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver