10.1. Mərkəzlər imzanın istifadəsi ilə bağlı aşağıdakı xidmətləri göstərə bilər:
10.1.1. sertifikatın verilməsi;
10.1.2. sertifikatın qüvvəsinin dayandırılması, bərpa edilməsi və sertifikatın ləğv edilməsi;
10.1.3. sorğulara əsasən sertifikatlar barədə bu Qanunla və Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş məlumatların verilməsi;
10.1.4. vaxt göstəricilərinin qeyd edilməsi;
10.1.5. elektron imzanın yaradılması;
10.1.6. imzanın istifadəsi üzrə məsləhətlər verilməsi.
10.2. Sertifikat xidmətlərinin göstərilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir.