13.1. Sertifikatın qüvvəsi Mərkəz tərəfindən aşağıdakı hallarda dayandırılır:
13.1.1. imza sahibi müraciət etdikdə;
13.1.2. qanunvericiliyə və ya müqaviləyə əsasən səlahiyyətli şəxsin (orqanın) müraciəti əsasında;
13.1.3. sertifikatın verilməsi üçün əsas olan məlumatların düzgünlüyünə və ya imza sahibinin imza yaratma məlumatlarının təhlükəsizliyinə Mərkəzin əsaslı şübhələri olduqda.
13.2. Sertifikatın qüvvəsinin dayandırılması barədə Mərkəz dərhal imza sahibinə, müraciət etmiş səlahiyyətli şəxsə (orqana) məlumat verir və sertifikatlar reyestrində müvafiq qeydiyyat aparır.
13.3. Bu Qanunun 13.1.3-cü maddəsində nəzərdə tutulmuş halda sertifikatın qüvvəsi 48 saatdan artıq dayandırıla bilməz.
13.4. Sertifikatın hüquqi qüvvəsi aşağıdakı hallarda bərpa edilir:
13.4.1. sertifikatın qüvvəsinin dayandırılmasını tələb etmiş imza sahibinin müraciəti və ya müraciət etmiş səlahiyyətli şəxsin (orqanın) icazəsi olduqda;
13.4.2. Mərkəz tərəfindən görülmüş tədbirlər nəticəsində əsaslı şübhələr aradan qaldırıldıqda;
13.4.3. sertifikatın qüvvəsinin dayandırıldığı müddət başa çatdıqda.
13.5. Sertifikatın qüvvəsinin dayandırılması və ya bərpa edilməsi üçün müraciətlər yazılı şəkildə edilməli və müvafiq sənədlərlə əsaslandırılmalıdır.
13.6. Sertifikatın qüvvəsinin dayandırılması, bərpa edilməsi ilə əlaqədar yaranan mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənir.