14.1. Sertifikat aşağıdakı hallarda Mərkəzlər tərəfindən ləğv edilə bilər:
14.1.1. imza sahibinin müraciəti əsasında;
14.1.2. sertifikatın qüvvədə olma müddəti başa çatdıqda;
14.1.3. qanunvericiliyə əsasən səlahiyyətli şəxsin (orqanın) qərarı və ya müraciəti əsasında;
14.1.4. imza sahibi vəfat etdikdə və ya qanunvericiliklə müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyətini itirmiş hesab edildikdə;
14.1.5. sertifikatın verilməsi üçün Mərkəzə təqdim olunan sənəd və məlumatların saxta, səhv və ya qüvvədən düşmüş olması bəlli olduqda;
14.1.6. imza sahibinin imza yaratma məlumatları üzərində nəzarəti itirməsi Mərkəzə bəlli olduqda;
14.1.7. onda qeyd olunmuş münasibətlərdə istifadə edilmədikdə;
14.1.8. imzanın istifadə olunmasını tənzimləyən hüquqi aktların və ya Mərkəzlə bağlanmış müqavilənin tələbləri imza sahibi tərəfindən pozulduqda;
14.1.9. istifadə edilən imza vasitələrinin sertifikatı hüquqi qüvvəsini itirdikdə;
14.1.10. qanunvericiliklə müəyyən edilmiş digər hallarda.
14.2. Sertifikatın qüvvəsinin ləğv edilməsi barədə Mərkəz imza sahibinə, müraciət etmiş səlahiyyətli şəxsə (orqana) məlumat verir və sertifikatlar reyestrində düzəlişlər barədə qeydiyyat aparır.
14.3. Sertifikatın ləğv edilməsi ilə əlaqədar yaranan mübahisələr məhkəmə qaydasında həll edilir.