18.1. Mərkəzlər fəaliyyəti dövründə texniki, kadr və maliyyə imkanlarına, o cümlədən istifadəçilərə vurula biləcək zərəri ödəmək üçün maliyyə imkanlarına malik olmalı, etibarlı və fasiləsiz xidmət göstərməlidir.
18.2. Mərkəzlər sertifikatların, elektron imza yaratma və yoxlama məlumatlarının verilməsi üçün sertifikatlaşdırılmış imza vasitələrindən istifadə etməlidir.
18.3. Mərkəzlər fəaliyyətə başlamazdan əvvəl və qeydiyyatdan keçdikdən sonra hər il informasiya sisteminin auditini keçirməlidir, sistemdən etibarlı istifadəni təmin edən texnika və texnologiyalar tətbiq etməlidir.
18.4. Mərkəzlər fəaliyyətin təmin edilməsi məqsədilə bilikli, təcrübəli və səriştəli işçi heyətə malik olmalıdır.