10.1. Fondun icraçı direktoru:
10.1.1. Fondun Himayəçilik Şurasının qərarlarının yerinə yetirilməsini təmin edir və Fondun cari fəaliyyətinə rəhbərlik edir;
10.1.2. Fondu ölkə daxilində və xaricdə digər şəxslərlə münasibətdə etibarnaməsiz təmsil edir;
10.1.3. Fondun büdcə layihəsini hazırlayır və təsdiq olunmaq üçün Himayəçilik Şurasına təqdim edir;
10.1.4. Fondun Himayəçilik Şurasının növbəti və növbədənkənar iclaslarının çağırılmasını təmin edir;
10.1.5. Fondun işçilərini vəzifəyə təyin edir və vəzifədən azad edir, onlar barəsində həvəsləndirmə və tənbeh tədbirləri tətbiq edir;
10.1.6. Fondun sığorta ehtiyatlarının idarə edilməsinə dair təkliflər hazırlayıb Himayəçilik Şurasına təqdim edir;
10.1.7. Fondun fəaliyyəti haqqında rüblük və illik hesabatlar hazırlayıb Himayəçilik Şurasına təqdim edir;
10.1.8. Fondun kənar auditinin keçirilməsi və auditorun namizədliyinə dair Himayəçilik Şurasına təkliflər verir;
10.1.9. Mərkəzi Bankın yazılı bildirişinə əsasən bankın Fondun iştirakçıları sırasından çıxarılması barədə qərar layihəsi hazırlayıb Himayəçilik Şurasına təqdim edir;
10.1.10. kompensasiyaların ödənilməsi üçün vəsait çatışmadıqda və ya belə halın baş verməsi ehtimalı yarandıqda Fondun Himayəçilik Şurasına məlumat verir;
10.1.11. Fondun qaydalarının layihələrini hazırlayıb təsdiq olunmaq üçün Himayəçilik Şurasına təqdim edir;
10.1.12. iştirakçı banklar tərəfindən Fonda təqdim edilən hesabatların formalarının və onların təqdim olunma qaydalarının layihəsini hazırlayır və təsdiq olunmaq üçün Himayəçilik Şurasına təqdim edir;
10.1.13. bu qanunu, Fondun qaydalarını və ya Fondun Himayəçilik Şurasının qərarını pozan iştirakçı banklar barəsində Mərkəzi Banka məlumat verir;
10.1.14. Fondun Himayəçilik Şurasının iclaslarında məşvərətçi səslə iştirak edir;
10.1.15. Fondun Himayəçilik Şurasının qərarı ilə ona həvalə olunmuş digər səlahiyyətləri həyata keçirir.
10.2. İcraçı direktorun səlahiyyətlərinə aşağıdakı hallarda xitam verilə bilər:
10.2.1. istefa ərizəsi verdikdə;
10.2.2. məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda;
10.2.3. səlahiyyət müddəti başa çatdıqda;
10.2.4. qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda.