Qanunvericilik › Əmanətlərin sığortalanması haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 9

Maddə 9. Fondun icraçı direktoru

Əmanətlərin sığortalanması haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

9.1. Fondun icraçı direktoru və onun müavini (müavinləri) müvafiq icra hakimiyyəti orqanı tərəfindən vəzifəyə təyin edilir və vəzifədən azad edilir. İcraçı direktorun və müavinin (müavinlərin) səlahiyyət müddəti beş ildir və onlar təkrar müddətə təyin edilə bilərlər.

9.2. Fondun icraçı direktoru ali iqtisadi və ya hüquqi təhsilə və müvafiq peşə ixtisası üzrə ən azı beş illik iş təcrübəsinə malik olan, mülkiyyət əleyhinə, iqtisadi fəaliyyət sahəsində, korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan digər cinayətlərə, habelə ağır və xüsusilə ağır cinayətlərə görə məhkum olunmayan Azərbaycan Respublikasının vətəndaşı ola bilər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver