Qanunvericilik › Əmanətlərin sığortalanması haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 29

Maddə 29. Bankların Fondun iştirakçıları sırasına qəbul edilməsi

Əmanətlərin sığortalanması haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

29.1. Bank lisenziyası almış və fiziki şəxslərdən əmanətləri cəlb etmək hüququ əldə etmiş banklar, həmçinin bu qanunun 3.7-ci maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, xarici bankların yerli filialları Mərkəzi Bank verdiyi rəsmi məlumata əsasən Fondun iştirakçıları sırasına həmin məlumatın alındığı gündən sonrakı iş günü daxil edilir.

29.2. Bu qanun qüvvəyə mindikdən sonra bank lisenziyası almış və fiziki şəxslərdən əmanətləri cəlb etmək hüququ əldə etmiş banklar, habelə bu qanunun 3.7-ci maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, xarici bankların yerli filialları Mərkəzi Bankın verdiyi rəsmi məlumata əsasən bu qanunun 29.1-ci maddəsində müəyyən edilmiş qaydada Fondun iştirakçıları sırasına daxil edilir.

29.3. Bankların və xarici bankların yerli filiallarının iştirakçı bank statusu onların Fondun reyestrinə daxil edilməsi və şəhadətnamənin verilməsi ilə rəsmiləşdirilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver