Qanunvericilik › Əmanətlərin sığortalanması haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 30

Maddə 30. İctimaiyyətin məlumatlandırılması

Əmanətlərin sığortalanması haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

30.1. Fond iştirakçı bankların reyestrini hər təqvim ilinin birinci ayında, reyestrdə aparılmış dəyişikliklər haqqında məlumatı isə dəyişikliklərin aparıldığı gündən sonrakı iş günündən gec olmayaraq mediada elan verir və 3 iş günündən gec olmayaraq bildiriş dərc etdirir.

30.2. Mərkəzi Bank iştirakçı bankın fiziki şəxslərdən əmanətləri cəlb etmək hüququnu dayandırdıqda müvafiq qərarın qəbul edildiyi gündən sonrakı iş günündən gec olmayaraq mediada bu barədə elan verir və 3 iş günündən gec olmayaraq bildiriş dərc etdirir.

30.3. İştirakçı bank:

30.3.1. cəlb etdiyi əmanət üzrə sığorta haqlarının və kompensasiyanın ödənilməsi şərtləri, Fondun fəaliyyəti ilə bağlı elanların verildiyi və bildirişlərin dərc edildiyi media subyektləri haqqında məlumatı bank əmanəti və ya bank hesabı müqaviləsinə daxil etməlidir. Bu məlumatlar müqavilədə fiziki şəxs üçün anlaşıqlı formada tərtib edilməlidir;

30.3.2. yerləşdiyi binada əmanətçilərə xidmət göstərilən yerlərdə yazılı formada Fondun iştirakçısı olması, əmanətlərin sığortalanması və kompensasiyaların ödənilməsi şərtləri barədə məlumat verməlidir;

30.3.3. əmanətçilərin yazılı və şifahi sorğularına əsasən sığorta sistemində iştirakı, qorunan əmanətlər və kompensasiyalar barədə məlumat verməlidir.

30.4. Bank audit yoxlamasından keçmiş illik hesabatını mediada dərc etdirərkən, Fondda iştirakı barədə məlumat verməlidir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver