Qanunvericilik › Əmanətlərin sığortalanması haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 4

Maddə 4. Fondun funksiyaları

Əmanətlərin sığortalanması haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

4.1. Fond aşağıdakı funksiyaları həyata keçirir:

4.1.1. iştirakçı bankların reyestrini tərtib edir və onlara şəhadətnamələr verir;

4.1.2. sığorta haqlarını yığır və onların uçotunu aparır;

4.1.3. öz əmlakını idarə edir və ona dair sərəncam verir;

4.1.4. sığorta hadisəsi baş verdikdə, əmanətçilərin tələblərinin uçotunu aparır və kompensasiya ödəyir;

4.1.5. Fondun funksiyalarının yerinə yetirilməsi üçün iştirakçı banklardan bu qanunla müəyyən edilmiş lazımi məlumatı (o cümlədən, əmanət siyasəti haqqında) və hesabatları alır;

4.1.6. bu qanuna müvafiq olaraq Fondun qaydalarını qəbul edir;

4.1.7. öhdəliklərini yerinə yetirmək üçün vəsaiti çatışmadıqda, maliyyə bazarlarından, Mərkəzi Bankdan və ya Azərbaycan hökumətindən borc vəsaitləri cəlb edir;

4.1.8. öhdəlikləri üzrə kompensasiya ödədikdə, həmin məbləği reqress qaydasında iştirakçı bankdan tələb edir;

4.1.9. iştirakçı banklardan sığorta haqları üzrə borcun və hesablanmış dəbbə pulunun ödənilməsini tələb edir və bu barədə Mərkəzi Banka məlumat verir;

4.1.10. əmanətlərin sığortalanması sisteminin fəaliyyətini təmin edən digər funksiyaları həyata keçirir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver