1. Hamilə, 14 yaşınadək uşağı olan, həmçinin əlilliyi olan uşağı olan qadınların gecə vaxtı yerinə yetirilən işlərə, iş vaxtından artıq işlərə, istirahət, iş günü hesab edilməyən bayram və digər günlərdə işə cəlb edilməsinə və ezamiyyətə göndərilməsinə yalnız onların yazılı razılığı ilə (hamilə və 3 yaşınadək uşağı olan qadınlara münasibətdə onların, habelə uşağın həyat və ya sağlamlığına təhlükə yaranmaması barədə həkim rəyi olduqda) yol verilir.
2. Bu maddənin 1-ci hissəsi 14 yaşınadək uşağı, həmçinin əlilliyi olan uşağı övladlığa götürən qadınlara da şamil edilir.