Qanunvericilik › Əməliyyat-axtarış fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 17

Maddə 17. Əməliyyat-axtarış fəaliyyəti subyektləri ilə əməkdaşlıq edən şəxslərin hüquqi və sosial müdafiəsi

Əməliyyat-axtarış fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

I. Əməliyyat-axtarış fəaliyyəti subyektləri ilə əməkdaşlıq edən şəxslər dövlət tərəfindən müdafiə olunurlar.

II. Əməliyyat-axtarış tədbirlərində şəxslərin könüllü iştirakı bağlanmış müqavilə əsasında həyata keçirilə bilər.

III. Əməliyyat-axtarış fəaliyyəti subyektləri ilə əməkdaşlıq edən şəxslərin əmək haqqı, mükafat və digər maddi təminatlar almaq hüququ vardır.

IV. Əməliyyat-axtarış fəaliyyətində iştirak etmələri ilə əlaqədar şəxslərin, eləcə də onların yaxın qohumlarının həyatına, sağlamlığına və əmlakına real təhlükə yarandıqda səlahiyyətli orqanlar onların mühafizəsi və dəymiş zərərin ödənilməsi, həmçinin təqsirləndirilən şəxslərin məsuliyyətə cəlb edilməsi üçün zəruri tədbirlər görürlər.

V. Əməliyyat-axtarış fəaliyyəti subyektləri ilə əməkdaşlıq edən şəxslərin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.

VI. Əməliyyat-axtarış tədbirlərində iştirak edərkən həlak olmuş, yaxud əlilliyi müəyyən edilmiş şəxslərin ailəsinə müvafiq olaraq min yüz manat və beş yüz əlli manat birdəfəlik müavinət verilir. Həmin şəxslərin ailəsinə həmçinin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada pensiya təyin edilir.

VII. Əməliyyat-axtarış fəaliyyəti subyektləri ilə əməkdaşlıq edən şəxslərin cinayətkar qruplara və ya kriminogen obyektlərə daxil edilməsi ilə əlaqədar vəzifələrini yerinə yetirilməsi müddəti və müvafiq surətdə onun maddi təminatı birin üçə nisbəti hesabı ilə hesablanır.

VIII. Əməliyyat-axtarış fəaliyyətinin subyekti ilə əməkdaşlığa cəlb olunmuş və cinayətin açılmasında fəal iştirak etmiş cinayətkar qrupun üzvü, tərkibində cinayət əməlləri olan və ağır nəticələrə səbəb olmayan əməllər törədilibsə və vurulmuş zərəri ödəyibsə, Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq cinayət məsuliyyətindən azad olunur.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver