Qanunvericilik › Əməliyyat-axtarış fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 21

Maddə 21. Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi zamanı qanunçuluğun pozulmasına görə məsuliyyət

Əməliyyat-axtarış fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

I. Əməliyyat-axtarış fəaliyyətinin bu qanunla müəyyən edilmiş məqsədlərə, əsaslara və ya şərtlərə əməl edilmədən təşkili və həyata keçirilməsi, onun keçirilməsi üçün etibar olunmuş və ya iş və xidmətlə əlaqədar belə məlumatlarla tanış olmuş şəxslər onları yaymağa görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada müvafiq olaraq cinayət, inzibati və intizam məsuliyyəti daşıyırlar.

II. İnsanın hüquq və azadlıqları, hüquqi şəxslərin qanuni mənafeləri pozulduqda, habelə haqqında əməliyyat-axtarış tədbirləri keçirilmiş şəxsin hüquqpozmaya aidiyyəti təsdiq olunmadıqda əməliyyat-axtarış fəaliyyətinin subyekti pozulmuş hüququ bərpa etməyə və vurulmuş maddi və mənəvi ziyanı ödəməyə borcludur.

III. Əməliyyat-axtarış fəaliyyətinin subyektləri tərəfindən bu Qanunda nəzərdə tutulmuş əməliyyat-axtarış tədbirlərinin tətbiqi istisna olmaqla, şəxsin onun xəbəri olmadan və ya etirazına baxmayaraq media subyektlərinin nümayəndələri və başqa şəxslər tərəfindən izlənilməsi, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qalması qanunvericiliklə müəyyən edilmiş məsuliyyətə səbəb olur.

Keçİd müddəaları

I. Bu qanun dərc edildiyi gündən qüvvəyə minir.

II. Hakimlərin əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar bu qanunda nəzərdə tutulmuş səlahiyyətləri yeni cinayət-prosessual qanunvericiliyi qəbul olunduqdan və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən hakimlər təyin edildikdən sonra qüvvəyə minir.

II. Hakimlərin əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar bu qanunda nəzərdə tutulmuş səlahiyyətləri qüvvəyə minənədək, həmin səlahiyyətlər mövcud cinayət-prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada həyata keçirilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver