11.1. Təbii inhisar subyektlərinin mal, iş və xidmətləri üzrə qiymətlər (tariflər) Azərbaycan Respublikasının Rəqabət Məcəlləsinə uyğun olaraq müəyyən edilir.
11.2. Tənzimlənən qiymətlər (tariflər) müəyyən edilərkən müvafiq mal, iş və xidmətin maya dəyərinin ödənilməsi, həmin mal, iş və xidməti təchiz edən energetika subyektlərinin gəlir əldə etməsi, energetika obyektlərinin saxlanılması, yenilənməsi, bərpası xərclərinin ödənilməsi və enerji istehlakçılarının maraqlarının qorunması zərurəti nəzərə alınır.
11.3. Energetika sahəsində tənzimlənən qiymətlər (tariflər) istisna olmaqla, digər qiymətlər energetika subyektləri tərəfindən sərbəst şəkildə müəyyən edilir.