Qanunvericilik › Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 18

Maddə 18. Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi sahəsində informasiya təminatı və maarifləndirmə

Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

18.1. Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi sahəsində informasiya təminatı və maarifləndirmə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir. Bu məqsədlə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) aşağıdakı tədbirləri həyata keçirir:

18.1.1. enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi üzrə stimullaşdırıcı və təşviqedici mexanizmlər barədə məlumatların, enerji auditi və enerji effektivliyi xidmətləri, eləcə də enerji effektivliyi üzrə fondun vəsaitləri və onlardan istifadəyə dair məlumatların yayılmasını təmin edir;

18.1.2. istehlakçıları enerji effektivliyi üzrə tədbirlərin faydası barədə məlumatlandırmaq məqsədilə maarifləndirmə və təlim təşəbbüslərini təşviq edir;

18.1.3. istehlakçıların enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi, habelə məhsulların enerji səmərəliliyi ilə bağlı zəruri məlumat təminatını həyata keçirir;

18.1.4. mediada enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi ilə bağlı maarifləndirməni təşkil edir;

18.1.5. istehlakçıların enerji resurslarından səmərəli istifadə sahəsində elmi-texniki yeniliklər, enerji effektivliyi üzrə tədbirlər, enerji auditorları və enerji effektivliyi üzrə xidmət təminatçıları barədə məlumatlandırılmasını təmin edir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver