13.1. Müəlliflik hüququ və əlaqəli hüquqlar obyektlərinin (audiovizual əsər, fonoqram, kompyuter proqramı, məlumat toplusu, kitab) nüsxələrinə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən verilən nəzarət markası yapışdırılmalıdır.
13.2. Nəzarət markası almaq hüququ olan şəxslərin dairəsini, nəzarət markasının və onun verilməsi üçün ərizənin nümunələrini, bu ərizəyə baxılma müddətini, nəzarət markalarının verilməsi üçün tələb olunan sənədlərin siyahısını, nəzarət markalarını verməkdən imtinanın əsaslarını, onların vurulma yeri və üsulunu da nəzərdə tutan nəzarət markalarının verilməsi və onlardan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
13.3. Nəzarət markasının alınmasına görə ödənilən haqqın məbləğini müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
13.4. Nəzarət markalarının hazırlanması müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən təmin edilir.