14.1. Nəzarət markalarının və beynəlxalq standart eyniləşdirmə nömrələrinin verilməsindən əldə olunan vəsait müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun hesabına köçürülür. Bu vəsaitdən nəzarət markalarının hazırlanması, verilməsi, eləcə də beynəlxalq standart eyniləşdirmə nömrələrinin verilməsi üçün tədbirlərin həyata keçirilməsi, habelə bu Qanunun icrasına nəzarətin təmin edilməsi məqsədi ilə istifadə olunur.
14.2. Nəzarət markalarının və beynəlxalq standart eyniləşdirmə nömrələrinin verilməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun hesabına köçürülən vəsaitdən istifadə edilməsi və həmin vəsaitdən istifadə haqqında hesabatın dərc olunması qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.