13.1. Azərbaycan Respublikasının ərazi quruluşu və inzibati ərazi bölgüsünə dair qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən aparılan Ərazi vahidlərinin Dövlət reyestri (bundan sonra – Dövlət reyestri) yaradılır.
13.2. Azərbaycan Respublikasında yerləşən ərazi vahidlərinə, inzibati ərazi dairələrinə və sahə inzibati ərazi dairələrinə dair bütün məlumatlar Ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilir.
13.3. Dövlət reyestrinə daxil edilmiş bütün ərazi vahidlərinə, inzibati ərazi dairələrinə və sahə inzibati ərazi dairələrinə şəhadətnamə və müvafiq icra hakimiyyəti orqanında təsdiq edilmiş xəritə verilir.