13-1.1. Ərazi vahidinin və ya inzibati ərazi dairəsinin və yaxud sahə inzibati ərazi dairəsinin bu Qanunun 7.4.5-ci, 7.6-cı, 8.4.5-ci, 10.3.4-cü, 12-3.4-cü, 11.2-ci, 11-1.3.3-cü, 11-1.5-ci, 12.3.2-ci və 13.3-cü maddələrində nəzərdə tutulan xəritələri müvafiq icra hakimiyyəti orqanının tərəfindən müəyyən edilmiş qaydada aşağıdakı tələblər nəzərə alınmaqla hazırlanır:
13-1.1.1. ərazidə yerləşən yaşayış məntəqələri, onların adı, poçt şöbəsi, dəmir yolu və şose yolları, çaylar, magistral su kanalları və ya kollektorları, magistral neft və qaz kəmərləri, dəmir yol stansiyaları, dövlət mülkiyyətində olan torpaqlar və sərhədinin qonşuluqlarını müəyyənləşdirən döngə nöqtələri göstərilməklə (inzibati ərazi dairəsinə daxil olan şəhər, qəsəbə və kəndlərin sərhədləri ayrı-ayrılıqda müəyyənləşdirilir), onların ərazisindən asılı olaraq sahəsi 4 kv.km-ə qədər olduqda - 1:5000, 4 kv.km-dən 25 kv.km-ə qədər olduqda - 1:10000, 25 kv.km-dən 100 kv.km-ə qədər olduqda - 1:25000, 100 kv.km-dən artıq olduqda - 1:50000 miqyasda tərtib edilir;
13-1.1.2. sərhədinin qonşuluqlarını müəyyənləşdirən bütün döngə nöqtələri (sərhəd xətti boyunca əsas istinad döngə nöqtələri və onlar arasında müəyyənləşdirilmiş digər nöqtələr) arasındakı məsafələri və onların koordinatlarını əks etdirən yerquruluşu sənədlər qovluğu xəritəyə əlavə edilir.
13-1.2. Bu Qanunun 7.4.5-ci, 7.6-cı, 8.4.5-ci, 10.3.4-cü, 11.2-ci, 11-1.3.3-cü, 11-1.5-ci və 12.3.2-ci maddələrində göstərilən xəritələrin təqdim edilməsi tələbi yalnız qeydə alınan və barəsində müvafiq dəyişikliklər edilməsi təklif edilən ərazi vahidlərinə və inzibati ərazi dairələrinə, yaxud sahə inzibati ərazi dairələrinə şamil edilir. Mövcud ərazi vahidlərinin və inzibati ərazi dairələrinin, yaxud sahə inzibati ərazi dairələrinin xəritələrinin təqdim edilməsi həmin ərazi vahidləri və ya inzibati ərazi dairələri, yaxud sahə inzibati ərazi dairələri Dövlət reyestrində olmadığı hallarda tələb olunur.