Qanunvericilik › Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 4

Maddə 4. Azərbaycan Respublikasının ərazi quruluşunun prinsipləri

Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

4.0. Azərbaycan Respublikasının ərazi quruluşu aşağıdakı prinsiplərə əsaslanır:

4.0.1. Azərbaycan Respublikası ərazisinin vahidliyi, toxunulmazlığı və bölünməzliyi;

4.0.2. Azərbaycan Respublikasının və müvafiq ərazidə yaşayan əhalinin qanuni mənafelərinin uzlaşdırılması;

4.0.3. Azərbaycan Respublikasının dövlət hakimiyyəti orqanlarının əhaliyə mümkün qədər yaxınlaşması və onların qarşılıqlı əlaqələrinin möhkəmləndirilməsi;

4.0.4. Azərbaycan Respublikasının dövlət hakimiyyətinin və yerli özünüidarənin uzlaşdırılması;

4.0.5. Azərbaycan Respublikasının yerli dövlət hakimiyyəti və bələdiyyə orqanlarının öz səlahiyyətlərinin müvafiq inzibati ərazi vahidi hüdudlarında həyata keçirilməsi;

4.0.6. eyni növdən olan inzibati ərazi vahidlərinin inkişafının tarazlığı və bərabərliyi, inzibati ərazi bölgüsünün və sosial-iqtisadi tələbatın əlaqələndirilməsi;

4.0.7. kiçik ərazi vahidlərinin ərazilərinin daha böyük ərazi vahidlərinin tərkibinə daxil edilməsi;

4.0.8. inzibati ərazi bölgüsünün müəyyən edilməsi zamanı eyni növdən olan inzibati ərazi vahidlərinin ərazi sahələrinin və onların əhalisinin sayının təxmini bərabərliyinin təmin edilməsi;

4.0.9. ərazi vahidlərinin hüquqi statusunun onların təyinatına, yerli xüsusiyyətlərə və sosial-iqtisadi inkişafın səviyyəsinə uyğunluğu;

4.0.10. ərazi quruluşu məsələlərinin həllində aşkarlıq, ictimai rəyin nəzərə alınması, yerli təşəbbüsün inkişafı üçün şəraitin yaradılması, habelə bu məsələlərin tarixi, coğrafi, etnoqrafik və toponimik xüsusiyyətlərə uyğun həll edilməsi.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver