Qanunvericilik › Ətraf mühitə dair informasiya almaq haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 6

Maddə 6. Ətraf mühitə dair informasiya verilməsi üzrə dövlət orqanlarının vəzifələri

Ətraf mühitə dair informasiya almaq haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

6.0. Ətraf mühitə dair informasiya verilməsi üzrə dövlət orqanları:

6.0.1. Ətraf mühitə dair informasiya registrini aparır, istifadəsində olan registr və arxivlərin müraciət edənlər üçün açıq olmasını və bunlarla bağlı məlumatların verilməsini təmin edir.

6.0.2. Mediada ətraf mühitə dair vaxtaşırı verilən məlumatların vahid formasını və müddətlərini müəyyən edir.

6.0.3. Ətraf mühitə dair elektron məlumat bankında olan açıq informasiyanın müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi qaydada və müddətdə ümumi rabitə vasitələri ilə artırılması üçün tədbirlər görür.

6.0.4. Üç ildə bir dəfədən az olmayaraq ətraf mühitin vəziyyətinə dair milli məruzələri, habelə ətraf mühitin vəziyyəti (keyfiyyəti və çirklənməsi) barədə məlumatları dərc edir.

6.0.5. İldə bir dəfədən az olmayaraq ətraf mühitin vəziyyətinə dair hesabatlar tərtib edir, onları ictimaiyyət üçün açıq olan elektron məlumatlar bankına daxil edir, çirklənmələrlə bağlı kadastr və registr sistemlərinin təkmilləşdirilməsi üçün tədbirlər görür.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver