1. Təbiətdən istifadəçilərin vəzifələri:
1.1. təsərrüfat və digər fəaliyyətlər üçün müəyyən edilmiş ekoloji və texnoloji tələblərə, qüvvədə olan standartlara və ətraf mühitin kəmiyyət, keyfiyyət normativlərinə riayət etmək;
1.2. ətraf mühitin mühafizəsi və təbii resursların bərpası üzrə tədbirləri müəyyən edilmiş qaydada həyata keçirmək;
1.3. təbii resurslardan istifadəyə, ətraf mühitin çirkləndirilməsinə görə müəyyən edilmiş ödəniş və cərimələri vaxtında ödəmək;
1.4. ətraf mühitin mühafizəsi sahəsində dövlət nəzarətini həyata keçirən orqanların tələbi ilə lazımi məlumatı təqdim etmək.
2. Təbiətdən istifadəçilərin hüquqları:
2.1. təbii resurslardan məqsədli, təyinatı üzrə istifadə etmək;
2.2. ətraf mühitə zərər vurmadan ayrılmış təbii resurslardan qənaətlə istifadə etmək.
3. Təbiətdən istifadəçilərin hüquqları qanunla qorunur. Təbiətdən istifadəçilərin pozulmuş hüquqları Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada bərpa edilməlidir.