1. Qanunla nəzərdə tutulduğu hallarda və müəyyən edilmiş qaydada təbiətdən istifadəçi ilə müvafiq icra hakimiyyəti orqanı arasında təbii resurslardan istifadəyə görə müqavilə (kontrakt) bağlanır.
2. Təbii resurslardan istifadə üçün icazə tələb olunduğu halda təbiətdən istifadəçinin belə icazəsi olmadıqda təbii resurslardan istifadə müqaviləsi (kontraktı) etibarsızdır.
3. İcazə ilə ziddiyyət təşkil edən müqavilənin (kontraktın) şərtləri etibarsızdır. İcazə ləğv edilərsə, müqavilə (kontrakt) etibarsız hesab olunur.
IV fəsil
Ətraf mühİtİn, təbİİ EHTİYATLARIN dövlət KADASTRI və monİtorİnqİ, STANDARTLAŞDIRMA və SERTİFİKATLAŞDIRMA