2.1. Ətraf mühitin mühafizəsi sahəsində Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanun və digər normativ hüquqi aktlardan ibarətdir.
2.2. Ələt azad iqtisadi zonasında ətraf mühitin mühafizəsi sahəsində münasibətlər “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq tənzimlənir.