Ətraf mühitin mühafizəsi sahəsində malın (xidmətin, işin), prosesin, idarəetmə sisteminin və fiziki şəxslərin müvafiq standartda, texniki reqlamentdə və digər normativ hüquqi aktda müəyyən olunmuş tələblərə uyğunluğunun müəyyən edilməsi üçün “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq akkreditasiya olunmuş uyğunluğu qiymətləndirən qurum tərəfindən sertifikatlaşdırma həyata keçirilir.
Ətraf mühitin mühafizəsi sahəsində məcburi sertifikatlaşdırılmalı olan məhsulların (işlərin, xidmətlərin) müvafiq sertifikatı olmadıqda, onların istehsalı (yerinə yetirilməsi) qadağan edilir.
V fəsil
Ətraf mühİtİn mühafİzəsİ sahəsİndə İqtİsadİ tənzİmləmə