Qanunvericilik › Ətraf mühitin mühafizəsi haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 22

Maddə 22. Ətraf mühitin mühafizəsinin iqtisadi əsasları

Ətraf mühitin mühafizəsi haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

1. Təbiəti mühafizəni təmin etməyin və təbiətdən istifadəni tənzimləməyin iqtisadi əsasları ekoloji təhlükəsizlik, təbii resurslardan səmərəli istifadə, onların bərpası və artırılması tədbirlərinin işlənib hazırlanmasına, planlaşdırılmasına və yerinə yetirilməsinə təbiətdən istifadəçilərin maddi marağını artırmaqdır.

2. Ətraf mühitin mühafizəsinin fəaliyyət sahələri və iqtisadi əsasları:

2.1. ətraf mühitin mühafizəsi sahəsində tədbirlərin proqnozlaşdırılması və maliyyələşdirilməsi;

2.2. təbiətdən istifadəyə görə ödəmələr;

2.3. ətraf mühitin çirkləndirilməsinə görə ödəmələr və cərimələr;

2.4. ətraf mühitin mühafizəsi sahəsində iqtisadi maraqlandırma;

2.5. ətraf mühitin mühafizəsi fondlarının yaradılması; qrantlar;

2.6. beynəlxalq qurumlardan ekoloji proqramları həyata keçirmək məqsədilə ayrılan vəsaitlər.

3. Ətraf mühitin çirkləndirilməsinə görə müəssisələrdən, təşkilatlardan və vətəndaşlardan alınan cərimələr bir qayda olaraq ətraf mühitin mühafizəsi sahəsində tədbirlərin maliyyələşdirilməsinə sərf edilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver