Qanunvericilik › Ətraf mühitin mühafizəsi haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 28

Maddə 28. Ətraf mühitin mühafizəsində dövlət fondlarından istifadə

Ətraf mühitin mühafizəsi haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

1. Ətraf mühitin mühafizəsi üzrə dövlət fondunun vəsaitləri aşağıdakı tədbirlər üçün istifadə edilir:

1.1. elmi-tədqiqat işlərinə, resursqənaətedici və ekoloji təmiz texnologiyalarının tətbiqinə;

1.2. təbiətdən istifadəçilər tərəfindən həyata keçirilən təbiətin mühafizəsi obyektlərinin tikintisinin, yenidən qurulmasının maliyyələşdirilməsinə;

1.3. ətraf mühitin çirklənməsi nəticəsində dəymiş ziyanın bərpası sahəsində həyata keçirilən tədbirlərə;

1.4. çirklənmə və başqa mənfi təsirlər nəticəsində vətəndaşların sağlamlığına və ətraf mühitə vurulmuş zərərin bərpasına görə onlara müəyyən edilmiş kompensasiyanın verilməsinə;

1.5. ətraf mühitin pozulmuş ekoloji tarazlığının bərpasına, proqram, layihələrin, normativ-metodiki sənədlərin işlənməsinə və həyata keçirilməsinə;

1.6. ekoloji maarifləndirmə və təhsilə;

1.7. xüsusi mühafizə olunan təbiət ərazilərinin və obyektlərinin mühafizəsinə;

1.7-1. yaşıllıqları mühafizə tədbirlərinin maliyyələşdirilməsinə;

1.8. nadir və nəsli kəsilməkdə olan fauna və flora növlərinin mühafizəsinə və bərpasına;

1.9. ətraf mühitin mühafizəsi sahəsində dövlət orqanlarının maddi-texniki bazasının yaradılmasına və inkişafına;

1.10. ətraf mühitin dövlət monitorinqinin təşkili və keçirilməsinə, dövlət kadastrının aparılmasına;

1.11. ətraf mühitin mühafizəsi sahəsində çalışan mütəxəssislərin həvəsləndirilməsi məqsədilə onların maddi stimullaşdırılmasına.

2. Ətraf mühitin mühafizəsi fondlarının vəsaitlərinin ətraf mühitin mühafizəsi ilə aidiyyatı olmayan məqsədlərə xərclənməsi qadağandır.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver