Qanunvericilik › Ətraf mühitin mühafizəsi haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 29

Maddə 29. Ətraf mühitin mühafizəsinin ictimai fondları

Ətraf mühitin mühafizəsi haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Ətraf mühitin mühafizəsinin ictimai fondları ictimai birliklərin vəsaiti, qrantlar, fiziki və hüquqi şəxslərin könüllü ianələri, habelə Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olmayan başqa daxilolmalar hesabına təşkil edilir. Bu fondlar ictimai birliklər tərəfindən yaradılır, ətraf mühitin mühafizəsinə, təbiətdən səmərəli və kompleks istifadə ilə əlaqədar işlərə və tədbirlərə sərf olunur.

İctimai fondların yaradılması, onların vəsaitlərinin formalaşması və xərclənməsi qaydaları qanunvericiliyə uyğun olaraq müvafiq ictimai birliklərin təsdiq etdikləri əsasnamələrdə (nizamnamələrdə) müəyyən edilir.

VI fəsil

Ətraf mühİtİn ekolojİ TARAZLIĞININ nİzamlanması

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver