Qanunvericilik › Ətraf mühitin mühafizəsi haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 31

Maddə 31. Ətraf mühitin keyfiyyət normativlərinin əsas göstəriciləri

Ətraf mühitin mühafizəsi haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

1. Ətraf mühitin keyfiyyət normativlərinin əsas göstəricilərinə:

1.1. ətraf mühitə atılan və axıdılan zərərli maddələrin miqdarının, səs-küyün, vibrasiyanın, elektromaqnit şüalanmasının və başqa zərərli fiziki təsirlərin, radiasiya təsiri səviyyəsinin, kənd təsərrüfatı və meşə təsərrüfatında aqrokimyəvi maddələrin miqdarının tətbiqinin yol verilə bilən son hədləri;

1.2. ətraf mühitdə zərərli maddələrin konsentrasiyasının yol verilə bilən qatılıq həddi;

1.3. mühafizə, sanitariya-mühafizə və digər qoruq zonalarının vəziyyəti aid edilir.

2. Azərbaycan Respublikasının qanunvericiliyi ətraf mühitin başqa keyfiyyət normativlərini də nəzərdə tuta bilər. Çirklənmənin göstəriciləri normativ sənədlərdə göstərilməlidir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver