Qanunvericilik › Ətraf mühitin mühafizəsi haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 30

Maddə 30. Ətraf mühitin ekoloji tarazlığının pozulma dərəcəsinin nizamlanması

Ətraf mühitin mühafizəsi haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

1. Ətraf mühitin ekoloji cəhətdən tarazlığının nizamlanmasının məqsədi ekoloji təhlükəsizliyin və əhalinin sağlamlığının qorunmasına zəmanət verən, təbii ehtiyatların səmərəli istifadəsini və bərpasını, ətraf mühitin çirklənməsinin qarşısının alınmasını təmin edən elmi əsaslandırılmış ətraf mühitə yol verilə bilən təsir normalarının müəyyən edilməsidir.

2. Ətraf mühitin ekoloji tarazlığının pozulma dərəcəsinin nizamlanmasına:

2.1. ətraf mühitin keyfiyyət göstəricilərinin insanın sağlamlığına, təbii resursların səmərəli istifadəsinə, mühafizəsinə və bərpasına zərərli təsirin müəyyən edilməsi;

2.2. ətraf mühitə zərərli təsirin yol verilə bilən son həddi səviyyəsinin müəyyən edilməsi aiddir.

3. Ətraf mühitin müəyyən edilmiş keyfiyyət normativlərinin azaldılmış normalarla əvəz edilməsinə icazə verilmir.

5. Ətraf mühitin təsdiq edilmiş keyfiyyət normativləri bütün hüquqi və fiziki şəxslər üçün məcburidir. Bu normativlər mətbuatda dərc olunmalı və yayılmalıdır.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver