Torpaqdan, yerin təkindən, havadan, su hövzələrindən, meşələrdən və başqa bitkilərdən, heyvanlar aləmindən, müstəsna ekoloji, elmi və mədəni dəyərə malik olan ətraf mühit obyektlərindən, xüsusi mühafizə olunan təbiət ərazilərindən və ekoloji fəlakət şəraitli olan ərazilərdən istifadədə ekoloji tələblər normativ hüquqi aktlarla tənzimlənir.
Təbii ekoloji tarazlıqda olan sistemlərin pozulmasına səbəb olan, habelə insanın, bitki və heyvanlar aləminin genetik fondunun məhv edilməsinə, əhalinin həyat və sağlamlığı üçün təhlükəli olan fəaliyyətlərə icazə verilmir.