Qanunvericilik › Ətraf mühitin mühafizəsi haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 36

Maddə 36. Layihələşdirməyə ekoloji tələblər

Ətraf mühitin mühafizəsi haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Yaşayış məntəqələrinin, sənaye və kənd təsərrüfatı obyektlərinin və qurğularının, su təchizatı və kanalizasiya sistemlərinin, hidrotexniki qurğuların, nəqliyyat və rabitə vasitələrinin, texnoloji proseslərin və avadanlıqların, başqa obyektlərin layihələşdirilməsində ətraf mühitin keyfiyyət normativləri nəzərə alınmalı, tullantıların zərərsizləşdiriləsi və istifadəsi, tullantısız və ay tullantılı texnologiyalar və istehsalatlar, ətraf mühitin çirklənməsinin qarşısını alan səmərəli tədbirlər nəzərə alınmalıdır.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver