Qanunvericilik › Ətraf mühitin mühafizəsi haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 44

Maddə 44. Radioaktiv maddələrlə iş zamanı ekoloji tələblər

Ətraf mühitin mühafizəsi haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

1. Müəssisə, idarə və təşkilatlar, vətəndaşlar radioaktiv maddələrin daşınması və basdırılmasının, istifadəsi və saxlanılmasının, nəql edilməsinin, istehsalının müəyyən edilmiş qaydalarını gözləməyə, radiasiya təhlükəsinin yol verilən son həddi normativlərinin pozulmasına yol verilməməsinə, ətraf mühitin radioaktiv çirklənməsinin qarşısının alınması və aradan qaldırılması üzrə tədbirlər götürməyə borcludurlar.

2. Radioaktiv tullantıların daşınması, təkrar emalı və basdırılması dövlət hakimiyyəti orqanının müəyyən etdiyi ərazidə və onun səlahiyyətli nümayəndəsinin mütləq iştirakı ilə həyata keçirilir.

2-1. Radioaktiv və ionlaşdırıcı şüalar verən maddələrin tullantılarının zərərsizləşdirilməsi (basdırılması), emalı sahəsində müəssisələrin, habelə bu fəaliyyətlə bağlı digər obyektlərin layihələndirilməsi və fəaliyyəti zamanı ətraf mühitə təsirin qiymətləndirilməsi “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” və “Əhalinin radiasiya təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası qanunlarının tələblərinə uyğun həyata keçirilir.

3. Qanunvericiliklə nəzərdə tutulmuş hallar istisna olmaqla, radioaktiv tullantıların və maddələrin saxlanılması və ya basdırılması məqsədilə onların başqa ölkələrdən Azərbaycan Respublikasına gətirilməsi və respublika ərazisindən tranzit yolu ilə aparılması qadağandır. Radioaktiv maddələrin ətraf mühitə yayılmasını istisna edən tədbirlər aparılmadan, radioaktiv tullantıların və materialların yerin təkində basdırılması (yerləşdirilməsi) qadağandır.

4. Ətraf mühitin radioaktiv çirklənməsi aşkar edildikdə bu barədə müvafiq orqanlara dərhal məlumat verilməlidir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver