Qanunvericilik › Ətraf mühitin mühafizəsi haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 45

Maddə 45. Potensial təhlükəli kimyəvi və bioloji maddələrin istehsalına və istifadəsinə verilən ekoloji tələblər

Ətraf mühitin mühafizəsi haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Potensial təhlükəli kimyəvi və bioloji maddələrin istehsalına və tətbiqinə zəruri toksikoloji-gigiyena, toksikoloji-ekoloji tədqiqatlar aparıldıqdan, gigiyena və ekoloji normativlər müəyyən edildikdən və bu maddələrin qanunla müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçdikdən sonra “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq lisenziya və ya icazə verilir.

Yerli şəraitə məxsus olmayan və həmçinin süni yolla alınan bioloji obyektlərin ətraf mühitdə yerləşdirilməsi və çoxaldılmasına müvafiq ekoloji əsaslandırmalar olmadan yol verilmir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver