Qanunvericilik › Ətraf mühitin mühafizəsi haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 55

Maddə 55. Sifarişçinin və planlaşdırıcı orqanın vəzifələri

Ətraf mühitin mühafizəsi haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

1. Sifarişçinin və planlaşdırıcı orqanın vəzifələri aşağıdakılardır:

1.1. dövlət ekoloji ekspertiza obyektlərinə dair sənədləri bu Qanuna və “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tərtib etmək və vaxtında dövlət ekoloji ekspertizasına təqdim etmək;

1.2. dövlət ekoloji ekspertizasının həyata keçirilməsi üçün zəruri olan əlavə məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim etmək;

1.3. dövlət ekoloji ekspertizasının həyata keçirilməsini bu Qanunla müəyyən edilən qaydada maliyyələşdirmək;

1.4. dövlət ekoloji ekspertizasının həyata keçirilməsi zamanı elmi tədqiqat və axtarış işlərinin (əlavə axtarışlar, nəzarət ölçmələri, sınaq nümunələrinin götürülməsi, analizi və sair) aparılması tələb olunduqda, həmin işləri maliyyələşdirmək və onların həyata keçirilməsini təmin etmək.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver